...

Azad Rəhimov: Bakı 2015 Avropa Oyunlarında Azərbaycan dünyanın 50 şəhərinə uçuş təşkil edəcək (FOTO)

İdman Materials 14 Oktyabr 2014 13:10 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunlarında Azərbaycan dünyanın 50 şəhər və 22 ölkəsinə 60-dan çox uçuş təşkil edəcək.
Azad Rəhimov: Bakı 2015 Avropa Oyunlarında Azərbaycan dünyanın 50 şəhərinə uçuş təşkil edəcək (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Bakı 2015 Avropa Oyunlarında Azərbaycan dünyanın 50 şəhər və 22 ölkəsinə 60-dan çox uçuş təşkil edəcək. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Almaniyanın Berlin şəhərində "Bakı 2015" Avropa Oyunlarının təqdimat mərasimində deyib. Məlumatı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

Azad Rəhimov bildirib ki, 8 aydan sonra Bakı şəhəri Avropa Oyunlarına ev sahibliyi edəcək: "Hər birinizi Bakıda görmək bizim üçün çox xoş olacaq. Yarışlara 20 idman növü üzrə 6000-dən artıq atlet və 3000 rəsmi nümayəndə qatılacaq. 16 Olimpiya idman növündən 11-i Rioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazandıracaq".

Nazir Azad Rəhimov eyni zamanda, öz çıxışında 2016-cı ildə ölkəmizin "Formula 1"-in Qrand Pri yarışına ev sahibliyi edəcəyi və bu məqsədlə "Formula 1"-in rəhbəri Berni Ekklstounun bir neçə gün bundan öncə Bakıya səfər etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, o, növbəti illərdə Bakının ev sahibliyi edəcəyi beynəlxalq turnirlər haqqında da qısa məlumat verib.

Azad Rəhimov öz çıxışında ilk olaraq Almaniya-Azərbaycan dostluq münasibətlərindən də söz açıb. Nazir bununla yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrliyi ilə birinci Avropa Oyunlarına hazırlıq məqsədi ilə görülən işlər barədə qonaqlara məlumat verib və qısa zamanda Bakıya rəsmi səfəri gözlənilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ölkəmizin 2015 Avropa Oyunlarına hazırlıq prossesi ilə yaxından tanış olmaq imkanından məmnunluğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti