Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
"Neftçi" futbolçu Mirhüseyn Seyidovla yeni müqavilə imzalayıb.
Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Mirhüseyn Seyidov 2006-cı ildən "Neftçi"nin şərəfini qoruyur.