...

"Qalatasaray"a qarşı iş açıldı

İdman Materials 6 Noyabr 2014 18:49 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilmiş "Borussiya" (Dortmund) - "Qalatasaray" oyunu ilə bağlı inzibati iş açıb.
"Qalatasaray"a qarşı iş açıldı

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilmiş "Borussiya" (Dortmund) - "Qalatasaray" oyunu ilə bağlı inzibati iş açıb.

Trend-in məlumatına görə, almanların 4-1 hesabı ilə qalib gəldiyi oyunda baş hakim Pavel Kralovets türkiyəli azarkeşlərin hərəkətlərinə görə matçı bir müddət dayandırmışdı. Belə ki, qonaq azarkeşlər pirotexnik vasitələr yandırmışdılar.

UEFA matçın yaxşı təşkil olunmaması və azarkeşlərin meydançaya kənar əşyalar atması üzündən "Borussiya"ya qarşı inzibati ittiham irəli sürüb. Türk fanatlar pirotexnik vasitələrdən istifadə etdiyinə görə isə "Qalatasaray"a qarşı iş açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti