...

Velosipedçilərimiz bayram tədbirində (FOTO)

İdman Materials 7 Noyabr 2014 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Bu gün Nərimanov rayonunda 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Nərimanov rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın şose və dağ velosipedi üzrə yığma komandalarının üzvləri də iştirak ediblər.

Üçrəngli bayrağımızla dövrə vuran velosipedçilərimizin nümunəvi çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti