...

Azərbaycan - Norveç oyununu ukraynalılar idarə edəcək

İdman Materials 13 Noyabr 2014 15:19 (UTC +04:00)
Azərbaycan - Norveç oyununun hakimləri məlum olub.
Azərbaycan - Norveç oyununu ukraynalılar idarə edəcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan - Norveç oyununun hakimləri məlum olub.

Trend-in məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Norveç oyununu idarə edəcək hakimlər bəlli olub.

Oyunun baş hakimi Yevgeni Aranovski, onun köməkçiləri Aleksandr Voytyuk, Semen Şlonçak, dördüncü hakim Sergey Bekker, əlavə köməkçi hakimlər isə Sergey Boyko və Anatoli Abdula olacaq.

Hakimlər briqadası Ukraynadandır.

Hakim-inspektor Zoran Petroviç (Serbiya), UEFA nümayəndəsi isə Mehmet Süheyl Önen (Türkiyə) təyin olunub.

Qeyd edək ki, görüş noyabrın 16-da, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti