...

2 boksçumuz qalib gəldi, 2-si məğlub oldu

İdman Materials 17 Noyabr 2014 20:24
Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir.
2 boksçumuz qalib gəldi, 2-si məğlub oldu

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışın ikinci günündə milli komandamızın 4 üzvü rinqə çıxıb. Onlardan ikisi - Yelena Vıstropova (69 kq) və Yana Alekseyeva (60 kq) qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar. Avropa çempionu Y.Vıstropova İngiltərə boksçusu Steysi Kopelandı məğlub edib - 3:0. Milli komandamızın üzvü 1/8 finalda taypeyli Çhen Çia Çunla qarşılaşacaq.

Y.Alekseyeva isə ilk görüşdə Macarıstan təmsilçisi Vivien Tsombordan üstün olub - 3:0. Boksçumuz 1/16 finalda almaniyalı Taşena Buqarla üz-üzə gələcək.

Təəssüff ki, Anaxanım Ağayeva (51 kq) və Məhsəti Həmzəyeva (57 kq) ilk mərhələdə uduzaraq dünya çempionatından kənarda qalıblar. A.Ağayeva taylandlı Sopida Satumruma, M.Həmzəyeva isə meksikalı Esquel Ledesmaya uduzub.

Noyabrın 18-də 3 boksçumuz rinqə çıxacaq. Anna Əlimərdanova (54 kq) meksikalı Sosa Paredes Denia Karinayla, Əzizə Abbasova (48 kq) rusiyalı Zoya İsayevayla, Y.Alekseyeva isə almaniyalı Taşena Buqarla qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti