...

Yunan-Roma güləşçilərimizin təlim-məşq toplanışına gürcülər də qatılıb (FOTO)

İdman Materials 9 Yanvar 2015 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimizin ilin ilk təlim-məşq toplanışına Gürcüstan güləşçiləri də qatılıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışındadırlar.

Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.

Qonşu Gürcüstanın yunan-Roma güləşi yığmasından 5 aparıcı güləşçinin də qatıldığı təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək Qran-Pri turnirində ilin ilk sınağına çıxacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti