...

Güləşçilərimiz İrandakı turnirin ilk günündə “qızıl”sız qaldılar

İdman Materials 30 Yanvar 2015 14:36 (UTC +04:00)
Azərbaycan güləşçiləri Yadigar İmam Kuboku turnirinin ilk günündə 5 medal qazanıblar.
Güləşçilərimiz İrandakı turnirin ilk günündə “qızıl”sız qaldılar

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlkin İzzət/

Güləşçilərimiz "Yadigar İmam Kuboku" turnirinin ilk günündə 5 medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri keçirilir. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edir.

Yarışların ilk günündə güləşçilərimiz 2 gümüş və 3 bürünc medal qazanıb.

Gümüş medalları yığmamıza sərbəst güləşçilərdən Şahin Muxtarov (42 kq) və Əliabbas Rzazadə (50 kq) qazandırıb. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq) və Orxan Abbasov (63 kq) turnirin bürünc mükafatına sahib olub. Digər bürünc medalı isə yunan-Roma güləşi üzrə yarışlarda Ceyhun Nəsirov (63 kq) qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti