...

"Nou Kamp" adını dəyişə bilər

İdman Materials 5 Fevral 2015 15:03 (UTC +04:00)
"Barselona"nın ev oyunlarını qəbul etdiyi stadionun adı "Camp Nou Qatar Airways" adlandırıla bilər.
"Nou Kamp" adını dəyişə bilər

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Məftun Salmanov/

"Barselona"nın ev oyunlarını qəbul etdiyi stadionun adı "Camp Nou Qatar Airways" adlandırıla bilər.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu "Qatar Airways" aviaşirkətinin baş direktoru Əkbər Əli Bakər deyib.

Onun sözlərinə görə, bu, klubla yeni müqavilənin şərtlərinə görə baş verə bilər və bu istiqamətdə danışıqlar gedir.

Qeyd edək ki, "Qatar Airways" "Barselona"nın sponsorudur. Klub şirkətdən investisiyanın həcmini ildə 30 milyon avrodan 50 milyon avroya çatdırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti