...

"Neftçi"nin büdcəsində itki

İdman Materials 17 Fevral 2015 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 22-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XXII turunun "Qəbələ" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 52-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti