...

Azərbaycan gimnastı bürünc medal qazandı (FOTO)

İdman Materials 6 Mart 2015 14:57 (UTC +04:00)
Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının bürünc mükafatçısı olub.
Azərbaycan gimnastı bürünc medal qazandı (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının bürünc mükafatçısı olub.

O, halqa ilə tapşırıqda 17,450 bal toplamaqla üçüncü yerə çıxıb. Birinci yeri 18,866 balla Yana Kudryavtseva, ikinci yeri isə 17,716 balla gürcüstanlı Salome Pajava tutub.

Azərbaycan komandası akrobatika üzrə qrup yarışlarında qadınlar arasında statik tapşırıqların yekununda qızıl medal qazanıb. Almaniyalı idmançılar ikinci olublar.

Qeyd edək ki, bu proqram növündə çempionatda iki ölkə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti