...

Robert Prosineçki: Psixoloji təzyiq var idi (MÜSAHİBƏ)

İdman Materials 29 Mart 2015 00:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Malta üzərində qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqda nə deyə bilərdiniz?

- Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir.

- Komandamız hesabı açandan sonra hücumun kəsəri azaldı. Niyə Məhəmməd Qurbanovu oyuna buraxıb onun necə hücumçu olduğunu Azərbaycan xalqına göstərmədiniz?

- Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.

- Yığmamız sanki qorxurdu. Bu geri çəkilmənin səbədi nə idi?

- Sözsüz ki, psixoloji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxdı.

- Razısızmı, bu gün millimizdə ən zəif Arif Daşdəmirovla Əfran İsmayılov idi?

- Sizinlə razı deyiləm. Bəli, onlar top itkilərinə yol verdilər. Əfranın böyük potensialı var. Bundan sonra daha yaxşı oyunlarını görəcəyik. Bu gün klublarında çox oynayan futbolçulara şans verdim. Ümid edirəm ki, legioner həyətı keçirən futbolçularımız da klublarında daha çox çıxış edəcək.

- Rahid Əmirquliyev hər zaman dağıdıcı oyunu ilə yadda qalıb. Bu gün isə onu fərqli ampluada gördük. Onun oyununu necə qiymətləndirirsiniz?

- Son dörd ayda Rahidin oyunlarını çox izləmişəm. O, stabil futbolçudur. Həmişə yaxşı oynayır, peşəkar futboçudur. Ondan çox razıyam.

- Maltanın ikinci hissədə belə gözəl oyun nümayiş etdirməyi sizi təəssüfləndirmədi ki?

- Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi. Malta istənilən komandaya çətinlik yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti