...

Teymur Rəcəbov beynəlxalq şahmat turnirində iştirakdan niyə imtina etdi?

İdman Materials 2 Aprel 2015 00:54 (UTC +04:00)
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib.
Teymur Rəcəbov beynəlxalq şahmat turnirində iştirakdan niyə imtina etdi?

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib. Trend-in məlumatına görə, səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək.

ShamkirChess2015-də mübarizə aparan 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.

Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.

Synergy Group davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti