...

Marina Durunda Rumıniyada keçirilən Dünya Kubokunda bürünc medal qazanıb (FOTO)

İdman Materials 6 Aprel 2015 12:26 (UTC +04:00)
Azərbaycanlı xanım gimnast Bədii Gimnastika üzrə Dünya Kubokunun Rumıniyada başa çatan növbəti mərhələsində bürünc medal qazanıb.
Marina Durunda Rumıniyada keçirilən Dünya Kubokunda bürünc medal qazanıb (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Rumıniyada bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, yığma komandamızın lideri Marina Durunda hər dörd finala çıxaraq, lentlə hərəkətlərə görə bürünc medal qazanıb. Top və halqa ilə icra olunmuş hərəkətlərə görə Azərbaycanlı gimnast 4-cü yerdə, ümumi 4 çıxışının nəticələrinə əsasən isə 5-ci yerdə qərarlaşıb. Öz növbəsində, Gülsüm Şəfizadə gürzlər və lent ilə finallara çıxdı, lakin medal qazanmağın bir neçə addımlığında dayandı.

Rumıniyanın paytaxtında Dünya Kuboku ilə eyni zamanda keçirilən beynəlxalq turnirdə iki gimnastımız - Ayşən Bayramova və Jalə Piriyeva fərqləniblər.

Senior gimnastımız Ayşən Bayramova yüksək nəticə göstərərək, çoxnövçülükdə 3-cü olub. Həmçinin halqa və gürzlər ilə icra olunmuş hərəkətlərə görə iki gümüş medal qazanıb. Jalə Piriyeva dörd hərəkətin yekunlarına əsasən yeniyetmələr arasında 2-ci olub, həmçinin halqa ilə finalda ən yaxşı nəticəni göstərdi. Bundan əlavə, onun hesabında iki gümüş (top və iplə) və bir bürünc medal (gürzlər ilə) oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti