...

Uesli So: Rauf 22-ci gedişdə səhv etdi (FOTO)

İdman Materials 20 Aprel 2015 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində IV turun partiyaları başa çatıb.

Trend-in məlumatına görə, Synergy Group-un təşkilatçılığı ilə baş tutan turnirin hesabat turunda Rauf Məmmədov əslən Filippindən olan ABŞ təmsilçisi Uesli Soya uduzub.

Partiyadan sonra keçirilən mətbuat konfransında U.So azərbaycanlı şahmatçının səhvə yol verdiyini bildirib: "Şəmkir turniri mənim üçün çox yaxşı nəticələrlə başladı. Düzünü desəm, 4 turdan sonra lider olacağımı gözləmirdim. Lider olmağım sürprizdir. Yarışda Maqnus Karlsen, Vladimir Kramnik və Vişvanatan Anand kimi dünya çempionları iştirak edir. Onların mübarizə apardığı turnirdə lider olmaq çox sevindiricidir. Fikrimcə, hələlik turnirin qalibi olmaq barədə düşünmək olmaz. Çox istərdim ki, bu gün sonuncu tur olsun və mən qələbəni qeyd edim. Amma qarşıda 5 tur var. Çətin oyunlar qarşıdadır.

Raufla oyuna gəldikdə isə rəqib səhvə yol verdi. 22-ci gedişdə etdiyi səhvdən istifadə etməyə bilməzdim. Ondan sonra hücuma keçdim və lazımi nəticəni qazandım. Raufun səhvi qələbə qazanmağa kömək oldu. İstənilən nəticədən sonra üzərində işləmək vacibdir. Məğlubiyyətdən sonra həvəsdən düşmək olmaz".

Azərbaycanlı R.Məmmədov isə məğlubiyyət haqqında qısa danışıb: "Məğlubiyyət haqqında danışmaq çətindir. Partiyanı gördünüz. Pis oynadım".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti