...

"Real"da növbəti itki

İdman Materials 21 Aprel 2015 20:32 (UTC +04:00)
Madrid “Real”ı Çempionlar Liqası çərçivəsində sabah “Aletiko” Madrid komandasına qarşı keçirəcəyi oyun öncəsi ciddi itki il üzləşib.
"Real"da növbəti itki

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Madrid "Real"ı Çempionlar Liqası çərçivəsində sabah "Aletiko" Madrid komandasına qarşı keçirəcəyi oyun öncəsi ciddi itki il üzləşib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, fransalı hücumçu Kərim Benzema cavab oyununda komandasına kömək edə bilməyəcək.

Buna səbəb onun sağ dizindən zədələnməsidir. Qeyd edək ki, 27 yaşlı forvard ölkə çempionatı çərçivəsində şənbə günü keçirilmiş "Malaqa" ilə oyunu da buraxıb.

Bundan başqa, Qaret Beyl, Luka Modriç və Marselo da "Atletiko" ilə oyunu buraxacaq.

Madrid derbisi sabah baş tutacaq. İlk oyunda tərəflər qolsuz sülhə razı olmuşdular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti