...

"Qarabağ"ın zədəli futbolçusu növbəti fizioterapiya kursu keçəcək

İdman Materials 24 Aprel 2015 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

"Qarabağ" klubunun futbolçusu Namiq Ələsgərov növbəti fizioterapiya kursu keçəcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən N.Ələsgərov Almaniyanın Plattlinq şəhərində uğurla cərrahiyyə əməliyyatı olunub və ilkin fizioterapiya kursunu keçib.

4-6 həftə sonra futbolçunun Almaniyada növbəti fizioterapiya kursu olacaq.

Qeyd edək ki, N.Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

Xəbər lenti

Xəbər lenti