...

"Tour d’Azerbaïdjan-2015" start götürdü (FOTO)

İdman Materials 6 May 2015 12:34 (UTC +04:00)
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşü start götürüb.
"Tour d’Azerbaïdjan-2015" start götürdü (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d'Azerbaïdjan-2015" beynəlxalq veloyürüşü start götürüb. Trend-in məlumatına görə, 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.

Yarışın proqramına əsasən, iştirakçılar bu gün Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərində mərhələni başa vuracaqlar. Marşrutun uzunluğu 154 km-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti