...

Norveç yığmasının Azərbaycan millisi ilə qarşılaşacaq heyəti

İdman Materials 28 May 2015 16:10 (UTC +04:00)
Norveç yığmasının Azərbaycan milli komandası ilə qarşılaşacaq heyəti açıqlanıb.
Norveç yığmasının Azərbaycan millisi ilə qarşılaşacaq heyəti

Azərbaycan, Bakı, 28 may /Trend/

Norveç yığmasının Azərbaycan milli komandası ilə qarşılaşacaq heyəti açıqlanıb.

Futbol üzrə Norveç yığmasının Azərbaycan milli komandası ilə görüşəcək heyəti artıq açıqlanıb. Trend-in məlumatına görə, bu barədə Norveç Futbol Federasiyasının məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində baş tutacaq qarşılaşma üçün 26 futbolçu millinin düşərgəsinə dəvət olunub.

Baş məşqçi Per-Matias Xyoqmonun milliyə dəvət etdiyi futbolçular bunlardır:

Qapıçılar: Sten Grutebust ("Aalesund"), Andre Hansen ("Rusenborq"), Eryan Haskyold Nuland ("Molde")
Müdafiəçilər: Tom Heqli ("Kebenhavn"), Yone Samuelsen ("Odd"), Veqard Forren ("Molde"), Omar Elabdellaoui ("Olimpiakos", Yunanıstan), Martin Linnes ("Molde)", Stefan Strandberq ("Rosenborq")

Yarımmüdafiəçilər: Aleksandr Tetti ("Norviç"), Per Silyan Şelbred ("Herta"), Even Hovland ("Nürnberq", Almaniya), Hovard Nordtveit ("Borussiya", Münhenqladbax), Harmeet Sinx ("Molde"), Stefan Yohansen ("Seltik", Şotlandiya), Veqar Eggen Hedenstad ("Braunşveiq", Almaniya), Markus Henriksen ("AZ Alkmaar", Hollandiya), Valon Berişa ("Salzburq", Avstriya), Martin Edeqor ("Real Madrid", İspaniya), Xenninq Xauqer ("Elfsborq"), Sinq Harmet ("Molde")
Hücumçular: Hovard Nielsen ("Braunşveiq", Almaniya), Adama Diamonde ("Malmö"), Pol Andre Xellan ("Rusenborq"), Kinq Joşua ("Bləkbörn"), Aleksandr Syoderlunn ("Rusenborq")

Qeyd edək ki, Norveç və Azərbaycan milli komandaları iyunun 12-də paytaxt Osloda qarşılaşacaqlar. "Ullevaal" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti