...

Avropa çempionatında uğurlu nəticə

İdman Materials 10 Avqust 2015 12:49 (UTC +04:00)
Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə 23 yaşadək velosipedçilər arasında Avropa çempionatı başa çatıb.
Avropa çempionatında uğurlu nəticə

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Estoniyanın Tartu şəhərində velosiped idmanının şosse növü üzrə 23 yaşadək velosipedçilər arasında Avropa çempionatı başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarış Azərbaycan yığma komandası üçün uğurlu nəticə ilə yadda qalıb.

Komandamızın üzvü, 21 yaşı ötən ay tamam olan Samir Cəbrayılov bu yaş qrupunda Azərbaycan velosipedinin ən yüksək nəticəsinə imza atıb. "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan idmançımız 161 km məsafəni Avropa çempionu titulunu qazanan slovakiyalı Erik Baska ilə eyni vaxtda başa vurub - 3 saat, 36 dəqiqə, 49 saniyə.

Fotofinişə əsasən Samir Cəbrayılov yekun sıralanmada 160 iştirakçı arasında 14-cü nəticə göstərib. Xatırladaq ki, ötən il İsveçrədə təşkil olunmuş anoloji yarışda Elgün Əlizadə gənclər arasında 12-ci olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti