...

Sərbəst və yunan-Roma güləşçilərimiz ikinci oldu

İdman Materials 8 Noyabr 2015 21:03 (UTC +04:00)
Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb
Sərbəst və yunan-Roma güləşçilərimiz ikinci oldu

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.

Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub.

Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. 7 güləşçi ilə mübarizə aparan sərbəst güləş yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına yiyələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti