...

Robert Prosineçki: "Qələbə üçün oynayacağıq"

İdman Materials 13 Noyabr 2015 18:42 (UTC +04:00)
R.Prosineçki bildirib ki, məqsəd yaxşı oyun göstərmək, qələbə qazanmaqdır: "Bu oyunda da məhz qələbə üçün oynayacağıq”
Robert Prosineçki: "Qələbə üçün oynayacağıq"

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

"Moldova ilə oyunda qələbə üçün oynayacağıq".

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan - Moldova yoldaşlıq oyunu ərəfəsində millimizin baş məşqçisi Robert Prosineçki brifinqdə deyib.

Baş məşqçi qeyd edib: "Bir neçə zədəli oyunçumuz var. Amma mənim planımda yeni futbolçulara şans vermək var idi. Moldova yığması ilə oyunda bir neçə futbolçu sınaqdan keçiriləcək. Bəzi aparıcı futbolçularımız zədə səbəbindən təlim-məşq toplanışında iştirak edə bilmir. Bəziləri isə ümumiyyətlə çağırılmayıb. Amma onların yoxluğu bizim üçün problem yaratmayacaq. Yoxlama oyunu olsa da, bizim üçün vacibdir".

R.Prosineçki bildirib ki, məqsəd yaxşı oyun göstərmək, qələbə qazanmaqdır: "Bu oyunda da məhz qələbə üçün oynayacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti