Bakı. Trend:
Bu gün Hannoverdə keçirilməsi nəzərdə tutulan (Bakı vaxtı ilə saat 23:45) Almaniya və Hollandiya futbol yığmaları arasında yoldaşlıq görüşü ləğv olunub.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, oyunun ləğv edilməsinin dəqiq səbəbləri hələ məlum deyil.
Futbol matçını Federal Kansler Angela Merkel və Almaniya Nazirlər Kabinetinin üzvlərinin izləyəcəyi gözlənilirdi.
Qeyd edək ki, Belçika - İspaniya yoldaşlıq oyunu da təxirə salınıb.
Xatırladaq ki, noyabrın 13-də Fransa - Almaniya yoldaşlıq oyunu zamanı stadionun yaxınlığında partlayış səsləri eşidilmiş, Parisdə silsilə terror aktları törədilmişdi.