...

Robert Prosineçki: “Çox razı qaldım”

İdman Materials 17 Noyabr 2015 23:55 (UTC +04:00)
"Birinci hissədə göstərdiyimiz oyun indiyə qədər sərgilədiyimiz ən yaxşı oyunumuz idi".
Robert Prosineçki: “Çox razı qaldım”

Bakı. Trend:

"Birinci hissədə göstərdiyimiz oyun indiyə qədər sərgilədiyimiz ən yaxşı oyunumuz idi".

Trend-in məlumatına görə, bunu millimizin baş məşqçisi Robert Prosineçki bu gün keçirilən Azərbaycan - Moldova oyunundan sonra deyib.

Xorvat mütəxəssis qeyd edib: "Doğrudur, fasiləyə az qalmış qapımızdan qol buraxdıq. Amma çox razı qaldım".

R.Prosineçki əlavə edib ki, yığmamız bu gün 90 dəqiqə ərzində ümumilikdə yaxşı oyun göstərdi: "Müxtəlif səbəblərdən Rəşad Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz Abdullayev kimi əsas futbolçularımız bu gün bizə kömək edə bilmədilər. Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və onların da çıxışından razı qaldım. İnanırıq ki, növbəti seçmə mərhələdə Azərbaycana gələcək komandaları çətin oyunlar gözləyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti