Bakı. Trend:
Bu gün Premyer Liqanın 14-cü turu çərçivəsində "Neftçi""Qarabağ"ı qəbul edib.
Trend-in məlumatına görə, azarkeşlər oyunun ilk hissəsində qol görməyiblər.
65-ci dəqiqədə isə paytaxt təmsilçisi hesabı açıb - Rəhman Hacıyev fərqlənib.
Oyunda başqa qol qeydə alınmayıb - 1:0.
Beləliklə, "Neftçi" 19 xalla 6-cı sıradadır, "Qarabağ" isə 32 xalla liderdir.