Bakı. Trend:
Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 57, 61, 65, 70 və 74 kq çəki dərəcələrində 152 nəfər sərbəst güləşçi mübarizə aparır.
Çempionatın açılış mərasimi saat 16:00-da baş tutacaq.
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.