...

Dünya çempionu Hemilton 1 nömrə ilə çıxış etməyəcək

İdman Materials 11 Fevral 2016 15:48 (UTC +04:00)
Keçən il dünya çempionu titulunu qazanan Lyuis Hemilton 1 nömrəni seçmək hüququna malik olsa da, bundan yenə imtina edib.
Dünya çempionu Hemilton 1 nömrə ilə çıxış etməyəcək

Bakı. Trend:

Keçən il Formula 1-də dünya çempionu titulunu qazanan Lyuis Hemilton 1 nömrəni seçmək hüququna malik olsa da, bundan yenə imtina edib.

Trend "F-1.az" saytına istinadən məlumat verir ki, britaniyalı sürücü üçüncü il ardıcıl olaraq 44 nömrə ilə yarışacaq.

2014-cü ildə çıxan qaydalara əsasən sürücülər 2-99 rəqəmlərindən birini seçərək, karyeraları boyu həmin nömrə ilə çıxış edirlər. Yalnız dünya çempionu titulunu qazanmış sürücü 1 nömrəni seçmək hüququna malikdir.

Lyuis Həmilton 1 nömrə ilə çıxış etməyəcək

L.Hemilton 2014-cü ildə çempion olmasına baxmayaraq, 1 nömrəni seçməmişdi və 44 nömrəli maşında yarışmağa davam etmişdi.

Britaniyalı sürücü 2015-ci ildə də çempion oldu, amma o bu il yenə də 44 nömrə ilə yarışacaq.

31 yaşlı sürücü keçən il 44 nömrəni seçməsi ilə bağlı demişdi: "Mənim nömrəm 44-dür. Kartinqdə ilk çempionluğumu 44 nömrə ilə qazanmışam".

Qeyd edək ki, Jül Byanki dünyasını dəyişəndən sonra FIA ona məxsus olan 17 nömrəni seçimdən çıxarıb.

Xəbər lenti

Xəbər lenti