...

Mustafa Dənizli "Qalatasaray"dan ayrıldı

İdman Materials 29 Fevral 2016 16:20 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "Qalatasaray" futbol klubunun baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib.

Trend-in Haber7-yə istinadən verdiyi məlumata görə, bu gün klub prezidenti Dursun Özbəklə birgə iclas keçirəcək baş məşqçi yerli vaxtla saat 13:00-dakı məşqə çıxmayıb.

Bu gün futbolçular və heyətlə vidalaşan M.Dənizlinin istefa qərarının yaxın saatlarda rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, son dövrlərdə baxımlı oyun nümayiş etdirməyən "Qalatasaray" sonuncu turda səfərdə "Qaziantepspor"a da məğlub olub - 2:0.

Xəbər lenti

Xəbər lenti