...

Belaruslu gimnast: Bakıda Dünya Kubokunda qızıl medal qazanmaq mənim üçün böyük hədiyyədir

İdman Materials 6 Mart 2016 14:42 (UTC +04:00)
Bakıda Dünya Kubokunda qızıl medal qazanmaq mənim üçün böyük hədiyyədir.
Belaruslu gimnast: Bakıda Dünya Kubokunda qızıl medal qazanmaq mənim üçün böyük hədiyyədir

Bakı. Trend:

Bakıda Dünya Kubokunda qızıl medal qazanmaq mənim üçün böyük hədiyyədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə belaruslu batutçu Xanna Qorçenok deyib.

O bildirib: "Bir az çətin idi. Birincisi, final səhər saatlarındadır, bu, bir az bizim üçün yenidir, axşam saatlarında tullanmaq daha asandır. Proqram çətindir, rəqiblərim də biri digərindən güclüdür. Bu, ilk növbədə öz üzərimdə qələbəmdir, çünki proqram yeni idi. Qızıl medal qazanacağıma ümid etmirdim. Fikirləşirdim ki, ən yaxşı halda ilk üçlüyə düşəcəm. Buna görə də bu mənim üçün böyük hədiyyədir".

X.Qorçenokun sözlərinə görə, Azərbaycan növbəti dəfə çox gözəl təşkilatçılıq qabiliyyətini göstərməyi bacardı: "Burada I Avropa Oyunları zamanı olmuşam və çox gözəl təşkilatçılıq işi ilə yanaşı, publikanı da xüsusi qeyd etmək istərdim. Belarusda yarışlara az sayda azarkeş gəlir və onlar çox sakit dayanırlar, sizdə isə azarkeşlər idmançılarını ucadan dəstəkləyirlər, bu əladır".

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında keçirilir.

Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən Kubokda Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar iştirak edir.

Ümumilikdə, yarışlarda 17 ölkədən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron çıxış proqramında mübarizə aparır.

Yarışlar zamanı tamaşaçılar da diqqətdən kənarda qalmayacaq. Onlar müxtəlif maraqlı müsabiqələrdə iştirak edə və təşkilatçılardan mükafatlar ala biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti