...

Polşalı gimnast: Bakıda batut gimnastikası üzrə Dünya Kuboku ən yaxşı yarışlardan biridir

İdman Materials 6 Mart 2016 16:08 (UTC +04:00)
Bakıda batut gimnastikası üzrə Dünya Kuboku iştirak etdiyim ən yaxşı yarışlardan biridir.
Polşalı gimnast: Bakıda batut gimnastikası üzrə Dünya Kuboku ən yaxşı yarışlardan biridir

Bakı. Trend:

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku iştirak etdiyim ən yaxşı yarışlardan biridir. Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının icrada ən yüksək bala görə xüsusi mükafatını qazanmış polşalı idmançı Artur Zakrjevski jurnalistlərə deyib.

Onun sözlərinə görə, yarışlar ən yüksək səviyyədə təşkil edilib: "Mükafatıma gəlincə demək istəyirəm ki, yarım il əvvəl Polşada mənim nəticəm ən pis idi, lakin indi ən yaxşı idmançılar arasındayam. Bu məni ilk finalımdır. Bu, həmçinin Polşa üçün 1980-ci ildən fərdi yarışlarda ilk finaldır, buna görə özümlə fəxr edirəm".

Gimnast şəhərlə daha yaxından tanış olmaq istəyini də bildirib: "Bakıda ilk dəfədir oluram və hələ şəhəri görməmişəm. Fikrimcə, Bakı çox böyük və müasir şəhərdir".

Batut gimnastikası üzrə FIG Dünya Kuboku 5-6 mart tarixində Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. Kubokda 17 ölkəni təmsil edən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron proqramlarda medallar uğrunda mübarizə aparıblar.

Yarışların ilk günündə təsnifat, ikinci günündə isə final yarışları və mükafatlandırma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti