Bakı. Trend:
Madrid "Real"ının üç əsas forvardı Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyl İspaniya çempionatının 30-cu turunda "Sevilya" ilə ev oyununda hərəyə bir qol vurublar.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, madridlilərin 4:0 hesablı qələbəsi ilə başa çatan matç əlamətdar olub. Belə ki, üçlük Q.Beylin 2013-cü ildə Madridə gəlişindən bəri çempionatda 200 qol vurub.
K.Ronaldo 107, K.Benzema 50, Q.Beyl isə 43 dəfə fərqlənib.