...

Françesko Toldo Bakıya gəlir

İdman Materials 7 Aprel 2016 16:01 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 8-də Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri, karyerası ərzində "İnter", "Fiorentina" kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti