...

Respublika Atçılıq Məktəbinin yeniyetmə idmançıları arasında yarış keçirilib (FOTO)

İdman Materials 25 Aprel 2016 17:15 (UTC +04:00)
Aprelin 24-də Respublika Atçılıq Məktəbinin idman manejində məktəblilər arasında atçılığın konkur növü üzrə “Yaz birinciliyi” turniri keçirilib.
Respublika Atçılıq Məktəbinin yeniyetmə idmançıları arasında yarış keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Respublika Atçılıq Məktəbinin idman manejində məktəblilər arasında atçılığın konkur növü üzrə "Yaz birinciliyi" turniri keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 20 yeniyetmə idmançı öz qüvvəsini sınayıb. Fəxri qonaq qismində yarışı izləyən federasiyanın prezidenti Elçin Quliyev turnirin sonunda qalib idmançılara qiymətli hədiyyələr təqdim edib.

Turnirdə idmançıların hazırlıq səviyyəsini müsbət qiymətləndirən federasiya prezidenti hər bir idmançının problemləri ilə yaxından tanış olub, idmançılara mümkün dəstəyin göstərilməsi, hər ay məktəbdaxili yarışların keçirilməsi və xüsusi potensialı olan idmançıların fərdi atlarla təmin olunması barədə müvafiq tapşırıqlar verib, məktəbin rəhbər heyətinə, məşqçilərə və idmançılara tövsiyələrini çatdırıb.

Tədbirin sonunda E.Quliyev, federasiyanın İdarə Heyətinin üzvləri məktəb nümayəndələri və yarış iştirakçıları ilə xatirə fotoşəkili çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti