...

"İstənilən rəqibə qarşı mübarizə apara bilərik"

İdman Materials 4 İyun 2016 13:10 (UTC +04:00)
“İstənilən rəqibə qarşı mübarizə apara bilərik”.
"İstənilən rəqibə qarşı mübarizə apara bilərik"

Bakı. Trend:

"İstənilən rəqibə qarşı mübarizə apara bilərik". Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bunu Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində ötən gün keçirilmiş Azərbaycan - Kanada yoldaşlıq oyununu (1:1) şərh edən millimizin baş məşqçisi Robert Prosineçki deyib.

O qeyd edib: "Oyunun birinci hissəsində 4 qol epizodu yaratdıq, amma realizə edə bilmədik. Fasilədən sonra da hücumlarımızı davam etdirdik. Bu dəfə yaratdığımız imkanlardan birini dəyərləndirə bildik. Futbolçularım ilk dəqiqələrdən öz oyununu nümayiş etdirə bilsə, istənilən rəqibə qarşı mübarizə apara bilərik".

Baş məşqçi əlavə edib ki, mövsümün sonudur, futbolçular çoxlu oyun keçirib, yorğunluq var idi: "Bunları nəzərə alıb məşq prosesini elə qurduq ki, oyunlara gücləri qalsın. Şəraitimizə gəldikdə, komandanın hazırlıq keçməsi üçün hər cür imkan yaradılmışdı. Ötən il Norveçlə oyundan əvvəl də burada toplanışımız olmuşdu. Yenə deyirəm, Kanada ilə oyun ümid verdi ki, Azərbaycan yığması hər bir rəqibə qarşı oynaya bilər".

R.Prosineçki rəsmi oyunlara neçə faiz hazır olduğumuzu indi deməkdə çətinlik çəkib: "Çünki Namik Ələsgərov zədədən döndükdən sonra ilk beynəlxalq oyununu keçirib. Amma Rahid Əmirquliyev kimi aparıcı futbolçumuz bu gün millinin düşərgəsində deyil. Bir məsələni də qeyd edim ki, San Marino ilə oyundan əvvəl toplanış keçirməyəcəyik. Ümid edirəm ki, millinin futbolçuları həmin oyuna hazır olacaqlar və zədəsiz komandaya qoşulacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti