...

Prosineçki rəqibimizin daha bir oyununu izlədi

İdman Materials 17 İyun 2016 13:38 (UTC +04:00)
Baş məşqçi rəqibimizin daha bir oyununu izləyib.
Prosineçki rəqibimizin daha bir oyununu izlədi

Bakı. Trend:

Baş məşqçi rəqibimizin daha bir oyununu izləyib.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın C qrupunda Lion şəhərində keçirilmiş Ukrayna – Şimali İrlandiya oyununu izləyib.

Qeyd edək ki, oyun rəqibimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti