Bakı. Trend:
Fransada futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi davam edir.
Trend-in məlumatına görə, bu mərhələnin üçüncü oyununda Uels və Belçika komandaları qarşılaşıblar.
Matçın 13-cü dəqiqəsində Nainqolan belçikalıları önə keçirib. Lakin gözlənilənlərin əksinə olaraq, debütant uelslilər təşəbbüsü ələ alıblar. Əvvəlcə 30-cu dəqiqədə Eşli Uilyams fərqlənib. 54-cü dəqiqədə Robson-Kanu hesabı komandasının xeyrinə dəyişib. Əsas vaxtın sonuna 5 dəqiqə qalmış Sam Vouks son nöqtəni qoyub - 3:1.
Beləliklə, tarixində ilk dəfə Avropa çempionatına yüksələn Uels tarix yazmaqda davam edir. Yarımfinal mərhələsində bu komandanın rəqibi Portuqaliya yığması olacaq.