Bakı. Trend:
Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Şkendiya" oyununun biletləri satışa çıxarılıb.
Trend "Neftçi"nin saytına istinadən məlumat verir ki, qiyməti 1 və 3 AZN, VİP yerlər üçün isə 10 AZN olan biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Şkendiya" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə ayın 21-də Makedoniyada keçiriləcək.