...

Azərbaycan boksçusu Olimpiadada 1/4 finala çıxdı

İdman Materials 13 Avqust 2016 01:53 (UTC +04:00)
Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qələbə qazanaraq yarışın növbəti mərhələsinə keçib
Azərbaycan boksçusu Olimpiadada 1/4 finala çıxdı

Bakı. Trend:

Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qələbə qazanaraq yarışın növbəti mərhələsinə keçib.

Trend-in məlumatına görə, Azərbaycan boksçusu rusiyalı Artem Cebotarevin üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti