...

Robert Prosineçki: Artıq kiçik möcüzənin şahidi oluruq

İdman Materials 12 Oktyabr 2016 10:27 (UTC +04:00)
"Artıq kiçik möcüzənin şahidi oluruq".
Robert Prosineçki: Artıq kiçik möcüzənin şahidi oluruq

Bakı. Trend:

"Artıq kiçik möcüzənin şahidi oluruq". Trend-in məlumatına görə, bunu millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Çexiya – Azərbaycan oyununu (0:0) şərh edərkən deyib.

Baş məşqçi qeyd edib: “Oyundan əvvəl bizi çətin sınaq gözlədiyini demişdim. Bunun şahidi olduq. Çexiya yığması həmişə güclü komanda olub. Söz vermişdim ki, Azərbaycana yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Buna nail olduq. Futbolçularımı təbrik edirəm. Belə hava şəraitində oynamaq heç də asan deyildi. Azərbaycana gələndən optimist idim. Deyirdim ki, bu futbolçular böyük nəticə əldə edə bilərlər. Artıq kiçik möcüzənin şahidi oluruq".

R.Prosineçki əlavə edib ki, azərbaycanlı futbolsevərlər üçün böyük gün idi: "3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan qol da buraxmamışıq. Gələn ay Şimali İrlandiya millisi ilə vacib oyunumuz olacaq. İndidən bütün diqqətimizi həmin qarşılaşmaya yönəltməliyik. Oradan da yaxşı nəticə ilə qayıtmağa çalışacağıq".

Çexiya millisinin baş məşqçisi Karel Yarolim isə deyib: "Komandamız qol vurmaq istəyirdi. Təəssüf ki, son zərbələrdə dəqiqliyimiz çatmadı. Azərbaycan millisinin qapıçısı bir neçə dəfə qol vurmağımıza mane oldu. Hücumu qolla nəticələndirməyi bacarmalıyıq. Bunun üzərində işləyəcəyik. Qol imkanlarını düzgün dəyərləndirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti