...

Prosineçki: "Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik"

İdman Materials 11 Noyabr 2016 11:39 (UTC +04:00)
"Yeganə itkimiz Rəşad Sadıqovdur. Dizindən zədə alıb. Oynaya bilməyəcək. Digər 23 futbolçunun hamısı oyuna hazırdır".
Prosineçki: "Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik"

Bakı. Trend:

"Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik". Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bunu Şimali İrlandiya - Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Robert Prosineçki mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, hər iki komandanı böyük oyun gözləyir: "Bu günə kimi qrupda 3 oyun keçirmişik, məğlub olmamışıq. Bu, futbolçuları oyuna motivasiyasını yüksəldən amildir. Bura vaxt keçirməyə gəlməmişik. Öz oyunumuzu göstərməyə çalışacağıq".

R.Prosineçki Şimali İrlandiya yığmasının güclü komanda olduğunu vurğulayıb: "Futbolçuların əksəriyyəti İngiltərə komandalarında oynayır. Yığma son Avropa çempionatının iştirakçısıdır. Oyuna yaxşı hazırlaşmışıq. Bakıya sərfəli nəticə ilə qayıtmaq istəyirik. Yeganə itkimiz Rəşad Sadıqovdur. Dizindən zədə alıb. Oynaya bilməyəcək. Digər 23 futbolçunun hamısı oyuna hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti