...

"Qarabağ" futbolçuları Türkiyəyə gedib

İdman Materials 5 Yanvar 2017 11:25 (UTC +04:00)
"Qarabağ" bu gündən etibarən 2016-2017-ci il mövsümünün hazırlıqlarına start verir.
"Qarabağ" futbolçuları Türkiyəyə gedib

Bakı. Trend:

"Qarabağ" bu gündən etibarən 2016-2017-ci il mövsümünün hazırlıqlarına start verir.

Trend klubun saytına istinadən məlumat verir ki, komandanın heyəti səhər saatlarında Türkiyəyə yola düşüb. Futbolçular təlim-məşq toplanışı zamanı "IC Santai" hotelində məskunlaşacaq.

"Qarabağ" qış təlim-məşq toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Komanda yanvarın 15-də Albaniyanın "Şkenderbeu", yanvarın 18-i "Styaua" (Rumıniya), yanvarın 22-də isə əvvəlcə Qazaxıstanın "Atırau", daha sonra isə Polşanın "Termalitsa" klubu ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti