...

FIG-nin vitse-prezidenti: Azərbaycan gimnastikası fenomenal inkişaf nümayiş etdirib (FOTO)

İdman Materials 23 Yanvar 2017 13:48 (UTC +04:00)
Son on il ərzində Azərbaycan gimnastikası fenomenal inkişaf nümayiş etdirib.
FIG-nin vitse-prezidenti: Azərbaycan gimnastikası fenomenal inkişaf nümayiş etdirib (FOTO)

Bakı. ƏNvər Məmmədov - Trend:

Son on il ərzində Azərbaycan gimnastikası fenomenal inkişaf nümayiş etdirib.

Trend-in məlumatına görə, bunu səlahiyyət müddəti bu yaxınlarda başa çatacaq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Slava Korn deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilmiş çoxsaylı yarışlar ölkəni böyük idman dövlətinə çevirib:

“Mən 2007-ci ildə Azərbaycana ilk gəlişimi xatırlayıram. Həmin vaxt Bakıda dünya çempionatı keçirilirdi və siz təzəlikcə beynəlxalq səviyyəyə çıxırdınız. Ötən on il ərzində Azərbaycan gimnastikası fenomenal inkişaf nümayiş etdirib. Mən Azərbaycan Gimnastika Federasiyasının rolunu və təkcə bədii gimnastika yox, digər gimnastika növlərinin də inkişafına verdiyi böyük töhfəni qeyd etmək istərdim. Bakıda keçirilmiş bütün Dünya kubokları və əlbəttə ki, Avropa Oyunları Azərbaycanı böyük idman ölkəsinə çevirib”.

Xanım S.Korn, həmçinin Bakıda keçirilmiş FIG Qitələrarası hakimlik kurslarının təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib:

“Mən üç dəfə Qitələrarası hakimlik kurslarında iştirak etmişəm və onu da deyim ki, Bakıdakı kurslar ən yüksək səviyyədə təşkil olunub. Hotel şəraiti, hakimlərin aparılıb-gətirilməsi – hər şey yüksək səviyyədə idi və mən görülən işlərə görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Qitələrarası hakimlik kursları yanvarın 17-dən 21-dək Bakıda keçirilib. Bu kurslar Olimpiya dövründə bir dəfə keçirilir və hakimlərə ən yüksək – birinci hakimlik kateqoriyasını əldə etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti