...

FIG: Bakıda keçirilən beynəlxalq hakimlik kursları bədii gimnastika üçün çox vacibdir

İdman Materials 26 Yanvar 2017 13:46 (UTC +04:00)
Bakıda keçirilən Beynəlxalq Gimnnastika Federasiyasının (FIG) beynəlxalq hakimlik kursları bütün bədii gimnastika üçün çox vacibdir, çünki yeni olimpiya dövrü başlayır.
FIG: Bakıda keçirilən beynəlxalq hakimlik kursları bədii gimnastika üçün çox vacibdir

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən Beynəlxalq Gimnnastika Federasiyasının (FIG) beynəlxalq hakimlik kursları bütün bədii gimnastika üçün çox vacibdir, çünki yeni olimpiya dövrü başlayır.

Bunu Trend-ə FIG Texniki komitəsinin vitse-prezidenti Noha Abuşabana deyib.

O deyib: “Biz 2020-ci il Olimpiadası dövrü üçün yeni nəsil hakimlər hazırlayırıq. Ona görə biz əmin olmaq istəyirik ki, hakimlər kifayət qədər ixtisaslaşıb və gimnastların xeyrinə baş vermiş qayda dəyişiklikləri barədə biliklərə sahibdirlər”.

Onun sözlərinə görə, kurslarda Azərbaycanı 20 hakim təmsil edir. Ötən kurslarda isə onların sayı 6 nəfər idi:

“Bu Azərbaycan və hakimliyin inkişafı üçün böyük addımdır. Onların hamısı gəncdir, əksəriyyəti keçmiş gimnastdır. Bu baxımdan onlar gimnastlara nəyin lazım olduğunu bilirlər”.

Vitse-prezident qeyd edib ki, bu kurslarda hakimlər ikinci, üçüncü və dördüncü kateqoriya əldə edə bilərlər.

N.Abuşabana deyib: “Yalnız qitələrarası kurslarda birinci kateqoriyanı əldə etmək olar. Qiymətləndirmə yekun imtahan və əvvəlki dövrlərdəki hakimlik təcrübəsinə əsasən aparılır. Ümumilikdə kurslar həm ekspertlər, həm də namizədlər üçün çox yaxşı təşkil olunub. Ölkədən ölkəyə şərait dəyişir, amma bizim burada gördüklərimiz gözlədiyimizdən də artıq oldu”.

Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb. Bu kurslar yanvarın 26-dan 30-dək davam edəcək. Kurslarda 17 federasiyadan 58 hakim iştirak edir. Bu tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti