Bakı. Trend:
Madridin "Real" klubu "Vilyareal"la 2:0 hesabı ilə geri düşdüyü görüşdə qələbə qazana bilib.
Trend xəbər verir ki, fevralın 27 İspaniya La Liqası çərçivəsində baş tutan görüşdə ev sahibləri oyunun 50-ci dəqiqəsində Triqeros və 56-ci dəqiqədə Bakambunun qolları ilə 2:0 hesabı ilə irəli keçiblər.
Lakin, görüşün 64-cü dəqiqəsində Karvaxalın ötürməsindən sonra Qaret Beyl hesab arasındakı fərqi minimuma endirib. Oyunun 74-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə hakim Vilyarealən qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kriştiano Ronaldo bu fürsəti əldən qaçırmayıb - 2:2.
Oyunun 83-cü dəqiqəsində Marselonun sol cinahdan ötürdüyü topu Alvaro Morata başla qapıya göndərib və oyunun yekun hesabını müəyyən edib - 2:3.
Qeyd edək ki, bu qələbəylə "Kral" klubu İspaniya çempionatındakı liderliyini qoruyub saxlayıb.