...

Futbol üzrə Argentina yığmasının baş məşqçisi Bauza istefaya göndərilib

İdman Materials 11 Aprel 2017 04:31 (UTC +04:00)
Futbol üzrə Argentina yığmasının baş məşqçisi Edqardo Bauza istefaya göndərilib
Futbol üzrə Argentina yığmasının baş məşqçisi Bauza istefaya göndərilib

Bakı. Trend:

Futbol üzrə Argentina yığmasının baş məşqçisi Eduardo Bauza istefaya göndərilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Argentina Futbol Assosiyasiyasının rəhbəri Klaudio Tapiya deyib.

"Biz razılaşmaya nail olduq və təsdiq edirik ki, Eduardo Bauza artıq futbol üzrə Argentina yığmasının baş məşqçisi deyil", - Tapiya deyib.

Qeyd edək ki, Bauza 2016-cı ilin avqustunda Xerardo Martinonun yerinə gəlib. Əvvəllər Bauza Braziliyanın "San-Paulu", Argentinanın "San-Lorenso" və digər klubları çalışdırıb. Karyerası ərzində o, 2 dəfə Libertadores kubonun qalibi olub - Ekvadorun "LDU Kito" (2008) və Argentinanın "San-Lorenso" (2014) klubları ilə.

Eduardo Bauzanın rəhbərliyi altında Argentina yığması Dünya Çempionatı 2018 turnirinin seçmə mərhələlsində 8 oyun keçirib. Oyunlardan 3-ü qalibiyyətlə, 3-ü məğlubiyyətlə, 2-si isə heç-heçə ilə yekunlaşıb. Argentina qrupda 14 oyundan sonra 22 xal ilə 5-ci yerdə qərarlaşıb. Qrupda 33 xal ilə Braziliya liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti