...

FIG Şurasının üzvü: Azərbaycanda keçirilən yarışlar, bütün dünyada idmanın inkişafına öz töhfəsini verir (FOTO)

İdman Materials 7 May 2017 13:55 (UTC +04:00)
Azərbaycanda keçirilən beten idman tədbirləri yalnız bu ölkədə deyil, həm də bütün dünyada idmanın inkişafına öz töhfəsini verir
FIG Şurasının üzvü: Azərbaycanda keçirilən yarışlar, bütün dünyada idmanın inkişafına öz töhfəsini verir (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanda keçirilən beten idman tədbirləri yalnız bu ölkədə deyil, həm də bütün dünyada idmanın inkişafına öz töhfəsini verir. Bunu Trend-ə Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının iclasında iştirak edən Şuranın üzvü norveçli Liza Mandal deyib.

L.Mandal deyib ki: "Azərbaycan dünya səviyyəli yarışların keçirilməsində böyük təcrübəyə malikdir. Siz çox sayda idman tədbirləri keçirirsiniz. Bu gün Azərbaycanı bütün dünya tanıyır".

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının yekunları barədə danışaraq L.Mandal qeyd edib ki, görüş səmərəli keçib: "FIG-in yeni prezidenti Morinari Vatanabe gimnastikanın gələcəkdə inkişaf yollarını özündə birləşdirən, çox yaxşı plan təqdim edib".

L.Mandal qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası uğurlu fəaliyyət aparır: "Federasiya çox qısa müddət ərzində böyük işlər görüb. Əgər Azərbaycan Gimnastika Federasiyası indiki kimi fəal işləməyə davam etdirərsə, ölkəni bu sahədə parlaq gələcək gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti