...

İslamiada zamanı qonaqlara xidmət göstərmək üçün 2 tibb müəssisəsi ayrılıb

İdman Materials 10 May 2017 13:34 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi əlaqədar olaraq, qonaqlara xidmət göstərmək üçün 2 tibb müəssisəsi ayrılıb, təcili tibbi yardım briqadaları artıq hazır vəziyyətdədir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Artıq bəzi yarışların başladığını xatırladan nazir müavini qeyd edib ki, bu gün 20 təcili tibbi yardım briqadası yarışların keçirildiyi arenalarda yerləşdirilib:

"Ümumilikdə yarışlarla əlaqədar tibb işçilərinə xüsusi hazırlıq keçirilib, Səhiyyə Nazirliyində qərargah yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti