...

Bakı-2017: Azərbaycanın 3 üzgüçüsü yarımfinala yüksəlib

İdman Materials 15 May 2017 10:49 (UTC +04:00)
Boris Kirillov və Nikolay Trarov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında yarımfinala yüksəliblər.
Bakı-2017: Azərbaycanın 3 üzgüçüsü yarımfinala yüksəlib

Bakı. Hüseyn Vəliyev, Ənvər Məmmədov - Trend:

Azərbaycan üzgüçüləri Boris Kirillov və Nikolay Trarov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında yarımfinala yüksəliblər.

Trend-in məlumatına görə, təsnifat mərhələsində B.Kirillovun nəticəsi 24.19, N.Trarovun nəticəsi isə 25.48 saniyə olub.

Yarımfinala İndoneziya, Türkiyə, İordaniya, Mərakeş, İran, Əlcəzair, Seneqal, Səudiyyə Ərəbistanı, Pakistan və Qayana idmançıları da vəsiqə qazanıblar.

Daha bir təmsilçimiz Dmitri Saley isə 100 m məsafəyə brass üsulu ilə üzmədə yarımfinala çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti