...

Bakı-2017: Atıcılıq komandamız hamıdan dəqiq oldu

İdman Materials 17 May 2017 13:19 (UTC +04:00)
10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb.
Bakı-2017: Atıcılıq komandamız hamıdan dəqiq oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb.

Trend-in məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib.

Üçüncü yeri İranın birinci komandası tutub.

Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti