...

Formula 1-də iştirak edəcək komandaların Bakıya gəlmə vaxtı bilindi

İdman Materials 30 May 2017 12:06 (UTC +04:00)
2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər.
Formula 1-də iştirak edəcək komandaların Bakıya gəlmə vaxtı bilindi

Bakı. Elçin Mehdiyev – Trend:

2017 Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, iyunun 21-də artıq Formula 1 pilotları, xarici mətbuat nümayəndələri, avtomobil federasiyaları və Formula 1 rəhbərliyinin hamısı Bakıda olacaq.

N.Arpadarai əlavə edib ki, iyunun 23-dən etibarən pilotların əsas praktikası başlayır, daha sonra yarışlara start veriləcək. Yarışlar iyunun 25-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti